Çexiya millisi ilk qələbəsini qazandı -“Heydər Əliyev-100”
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində günün ikinci oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, A qrupunda yer alan Gürcüstanla Çexiya yığmaları Bakı Tennis Akademiyasında 3-cü tur matçında üz-üzə gəliblər.
İlk iki turda rəqibləri ilə bərabərə qalan çexiyalılar turnirdə birinci qalibiyyətlərini əldə ediblər. Qarşılaşma Gürcüstan seçməsinin 3:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Gürcüstan millisi qrupda son matçını bu gün axşam saatlarında Azərbaycan yığmasına qarşı keçirəcək.
Günün ilk oyununda Ukrayna CAR üzərində 6:1 hesablı qələbə qazanıb.
Bu gün Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan matçları olacaq. B qrupunda isə Türkiyə – Qazaxıstan və Ukrayna – Fransa görüşləri keçiriləcək.
Oxşar xəbərlər
Millimiz Gürcüstana qalib gəldi - “Heydər Əliyev-100”
Türkiyə millisi ilk qələbəsini qazandı - “Heydər Əliyev-100”
Millimiz Gürcüstana qarşı - “Heydər Əliyev-100”
Serbiya və Çexiya millilərindən Bakıda bərabərlik - Beynəlxalq Minifutbol Turniri
Mini-futbolçularımız bərabərliklə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası