Ərəblərdən Messiyə fantastik təklif
PSJ-nin futbolçusu Lionel Messi yay transfer pəncərəsində Fransa klubunu tərk etməyə yaxındır.
Sportfm.az xəbər verir ki, argentinalı hücumçu Səudiyyə Ərəbistanına icazəsiz səfərindən daha əvvəl PSJ-dən ayrılmaq barədə düşünüb. Paris təmsilçisi Messi ilə müqaviləni yeniləməyəcək və futbolçu özü də klubunu dəyişməsini istəyir.
Ona Səudiyyə Ərəbistanından ciddi maraq var. Səudiyyə Ərəbistanı hökumət Lionelə futbol tarixindəki ən böyük müqaviləni təklif etməyə hazırdır. Argentinalı futbolçu bu fantastik təklifi qəbul etsə, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in əzəli rəqibi "Əl-Hilal”da oynayacaq.
Messinin "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər də yayılmaqdadır.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin yayı başa çatır.
Oxşar xəbərlər
Premyer Liqadan Messiyə təklif
Səudiyyə Ərəbistan klubundan Messiyə fantastik təklif - 500 milyon
Messi karyerasını harda davam etdirəcəyinə qərar verdi
Ronaldo və Messi üz-üzə - Matç baş tutacaqmı?
Messiyə fantastik təklif - İllik 50 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası