
“Qarabağ” 7-ci dəfə qış çempionudur
Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.
Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, qış fasiləsinə iki tur qalmış “Qarabağ”ın liderliyi əldən verməyəcəyi dəqiqləşib.
Bu, 12-ci turun görüşlərindən sonra rəsmiləşib. Ağdam klubu səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzsa da, bu turadək komandanın ən yaxın izləyicisi “Keşlə” də məğlub olub. Bakılılar səfərdə “Zirə”yə 1:3 hesabı ilə yenilib. Nəticədə fasiləyə iki tur qalmış 8 xallıq fərq dəyişməz qalıb.
Düzdür, son turda “Qəbələ”yə qalib gələrək (4:1) ikinciliyi ələ keçirən “Neftçi” xal hesabında “Qarabağ”a çatmaq imkanına malikdir. Lakin şəxsi oyunlarda (2:0, 0:0) üstün olan “köhlən atlar” 2019-cu ili zirvədə başa vuracağını rəsmiləşdirib. Bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudur. "Qarabağ" 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində ili lider kimi başa vurub.
Rekord isə “Neftçi”yə məxsusdur. Bakılılar 8 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19) yeni ili lider kimi qarşılayıb. “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “İnter” adlandığı vaxt indiki “Keşlə” (2008/09, 2009/10, 2012/13) hərəyə üç dəfə qış çempionu olub. Digər 5 komandanın bir belə uğuru var: “Xəzri” (1995/96) “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07), “Olimpik” (2007/08).
Qeyd edək ki, ilk iki mövsümdə - 1992 və 1993 mövsümlərində qış çempionu olmayıb.

№ | Komanda | o | x |
1 | Qarabağ | 0 | 0 |
2 | Neftçi | 0 | 0 |
3 | Zirə | 0 | 0 |
4 | Qəbələ | 0 | 0 |
5 | Sabah | 0 | 0 |
6 | Şamaxı | 0 | 0 |
7 | Sumqayıt | 0 | 0 |
8 | Səbail | 0 | 0 |
9 | Kəpəz | 0 | 0 |
10 | Turan | 0 | 0 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |