reklam
Qadın güləşçilər mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Qadın güləşçilər mübarizəyə başlayır -Avropa çempionatı


Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.

Sportfm.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək.

55 kq-da Elnurə Məmmədova Laura Stanelite (Litva) ilə, 59 kq-da yarışan Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) – Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq-da Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. 74 kq-da Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-da Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) – İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. Nəhayət, 125 kq-da Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də yekunlaşacaq. Öncədən sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) “qızıl”, Maqomedxan Maqomedov (97 kq) “gümüş” qazanıb.

Oxşar xəbərlər

Mariya Stadnik final görüşünə çıxacaq - Avropa çempionatı
Stadnik yarımfinalda - Avropa çempionatı
İdmançılarımız mübarizəyə qoşulur -
Azərbaycanlı güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
Daha üç güləşçimizin medal şansı var - Zaqreb Open

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər