reklam
Binəqədi rayonunun komandası hamını arxada qoydu
Sportfm.az xəbər saytı

Binəqədi rayonunun komandası hamını arxada qoydu


ADBTİA-nın stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yаz çağırışına həsr olunmuş "Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilib. 
Sportfm.az xəbər verir ki, 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında təşkil edilən yarış 100 m, 2000 m məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olub. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 839 xalla Binəqədi rayon komandası, II yeri 780 xalla Nizami rayon komandası, III yeri 749 xalla Sabunçu rayon komandası tutub. Şəxsi hesabda I yeri 210 xalla Əziz Məmmədov (Binəqədi rayonu), II yeri 204 xalla Qadir Məmmədov(Binəqədi rayonu), III yeri 189 xalla Kamran Mehtiyev (Nizami rayonu) layiq görülüb.
Qeyd edək ki, qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Oxşar xəbərlər

Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirildi
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
258 nömrəli tam orta məktəb birinci oldu
Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib - FOTO
Məhəllələrarası mini-futbol turnirinə yekun vurulub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər