reklam
Haland tarixi rekordu təkrarladı
Sportfm.az xəbər saytı

Haland tarixi rekordu təkrarladı


“Mançester Siti” İngiltərə Premyer Liqasının 30-cu turunda “Sauthempton”u məğlub edib (4:1).

Sportfm.az xəbər verir ki, bu qarşılaşma “şəhərlilər”in hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Norveçli forvard bir mövsüm ərzində vurduğu qolların sayına görə niderlandlı keçmiş hücumçu Rud van Nistelroy və “Liverpul”un futbolçusu Məhəmməd Salahın rekordunu təkrarlayıb.

Haland matçda dubla imza atıb və bununla da, cari mövsümdə 44-cü qolunu rəsmiləşdirib. Bu rəqəm Salahın (2017/18) və Van Nistelroyun (2002/02) İngiltərə çempionatında bir mövsüm ərzində əldə etdikləri rekord nəticənin təkrarıdır.

Norveç millisinin üzvə hazırda İngiltərə çempionatının bombardirlər yarışında 30 qolla birincidir.

Oxşar xəbərlər

Haland Ronaldoya da çatdı
Haland 94 illik qol rekordunu qırdı
Haland ”Mançester Siti”də - RƏSMİ
“Mançester Siti” Halandın transferini açıqlayacaq
“Mançester Siti”yə çatdılar - "Liverpul" bunu bacardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər