Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Haland 94 illik qol rekordunu qırdı
Erlinq Haland İngiltərənin "Mançester Siti" klubunda 94 illik qol rekordunu qırıb.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında penta-trik etməklə nail olub.
Qollarının sayını 39-a çatdıran norveçli forvard "şəhərlilər"in heyətində bir mövsümdə ən çox fərqlənən futbolçu adına sahib çıxıb.
Haland 1928/1929 mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonu geridə qoyub.
Qeyd edək ki, Erlinq Haland mövsümün əvvəlindən "Mançester Siti"də çıxış edir.
Oxşar xəbərlər
“Globe Soccer”in ən yaxşısı Haland oldu
Erlinq Haland "Qızıl top"u ala biləcəkmi?
Haland tarixi rekordu təkrarladı
Haland Ronaldoya da çatdı
Haland ”Mançester Siti”də - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.png)











Misli Premyer Liqası