reklam
“Fənərbaxça” 4 qol vuraraq yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

“Fənərbaxça” 4 qol vuraraq yarımfinala yüksəldi


Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Fənərbaxça” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçisi darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Daha öncə “Ankaragücü” və “Başakşəhər” də yarımfinala vəsiqə qazanmışdılar. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbaxça” isə “Sivasspor”la qarşılaşacaq.

Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.

Türkiyə kuboku
1/4 final

4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.

6 aprel

Fənərbaxça – Kayserispor 4:1
Qol: E.Mor, 8; 42. S.Dursun, 58. A.Güler, 90 – D.Kolovetsios, 18.

Oxşar xəbərlər

“Fənərbaxça” penalti və son dəqiqə qolu ilə qazandı - Super Liqa
“Beşiktaş” uğurlu seriyanı davam etdirdi
Türkiyə kubokunun püşk atıldı - SİYAHI
“Qalatasaray” 1/8 finalda - Türkiyə kuboku
“Fənərbaxça”dan minimal hesablı qələbə - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər