Messi maaşının azaldılmasına razı deyil
Lionel Messi PSJ-ni tərk etməyə yaxındır.
Sportfm.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard maaşının 75 faizinin azaldılması ilə razılaşmaq niyyətində deyil. Bu səbəbdən, o, cari mövsümün sonunda Liqa 1 təmsilçisindən ayrıla bilər.
Son dünya çempionunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variant kimi “Barselona” nəzərdən keçirilir.
PSJ Fransa çempionatının 29-cu turunda “Lion”a uduzub (0:1). Paytaxt təmsilçisinin azarkeşləri həmin qarşılaşmada Messini fitə basıblar.
35 yaşlı hücumçu 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib. O, cari mövsümdə Paris klubunun heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Messinin PSJ-dən ayrılır - Dəqiqləşdi
Messi karyerasını harda davam etdirəcəyinə qərar verdi
Messi "Barselona"da qalır - 5 illik müqavilə imzalanır
Messi “Barselona”ya 15 milyon qazandıracaq
Kuman Messi haqqında danışdı - “Messini razı salmalıyammı, bilmirəm”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası