reklam
Uzun müddət oynamayacaq -
Sportfm.az xəbər saytı

Uzun müddət oynamayacaq -"Beşiktaş"da şok itki


Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportfm.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Tayyip Talha Sanuç sıradan çıxıb. Super Liqanın 27-ci turunun "Fənərbaxça" ilə matçında (4:2) zədələnən 23 yaşlı mərkəz müdafiəçisinin durumu ciddidir. "TRT Spor"un məlumatına görə, türk futbolçunun diz bağları qopub və o, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu mövsümün əvvəlində "Adana Demirspor"dan transfer edib. Türkiyə millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 matçda 3 qol vurub.

Oxşar xəbərlər

İtaliya millisi üçün önəmli itki - Berardi oynamayacaq
"Adana Demirspor"un futbolçusu "Beşiktaş"da
17 yaşlı futbolçu Türkiyə millisində
"Qara qartal" məğlub oldu, Mert dəhşətli zədə aldı - VİDEO
25 yaşlı futbolçu ciddi zədə aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər