reklam
Ramin Nəsirli Latviyada qol vurdu
Sportfm.az xəbər saytı

Ramin Nəsirli Latviyada qol vurdu


Latviya çempionatında 3-cü turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda mövsümdəki ilk qələbəsini qazanıb – 3:0.

Start heyətdə meydana çıxan Ramin 27-ci dəqiqədə vurulan ilk qol zamanı məhsular ötürmə olub, 77-də isə özü rəqib qapısına yol tapıb. O, 89-cu dəqiqədə əvəzlənib. Nazim isə eyni dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Oxşar xəbərlər

Ramin Latviyada qol vurdu, komandası qalib gəldi
Azərbaycanlı futbolçuların komandası qələbəyə sevindi - Latviya çempionatı
Biri oynadı, biri yox...
Futbolçularımızın komandası evdə xal itirdi
“Turan”ın və “Neftçi”nin futbolçuları Latviyada debüt etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər