“Sabah” – “Beşiktaş” oyunu baş tutacaqmı? –Klub rəsmisindən açıqlama
Yerli mətbuatda “Sabah” və Türkiyənin “Beşiktaş” klubu arasında keçiriləcək yoldaşlıq matçı ilə bağlı yeni xəbər yayılıb. Bildirilir ki, Türkiyə Super Liqasının çempionat təqvimi qarşılaşmaya mane ola bilər.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında tərəflər üçün ortaq vaxtın müəyyən edilməsinin əsas məsələ olduğunu deyib:
“Həm “Sabah”, həm də “Beşiktaş” bu oyunun keçirilməsində istəklidir. Sadəcə, matçın hər iki komandaya uyğun vaxtda keçirilməsi məsələsi var.
Bildiyiniz kimi, fevralda baş vermiş zəlzələdən sonra Türkiyə Super Liqasında müəyyən müddət fasilə yarandı və çempionatın təqvimində müəyyən dəyişiklik oldu.
Hazırda oyunun keçirilməsi ilə bağlı danışıqlar davam edir. Əsas məsələ hər iki tərəfə uyğun vaxtın müəyyən edilməsidir. Bu istiqamətdə hansısa yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə dəstək olmaq məqsədilə “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçirilib. Görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Bakıda keçiriləcək oyuna 25 minə yaxın bilet satıldı
“Beşiktaş”ın səfər proqramı açıqlandı
"Sabah" - "Beşiktaş" matçını yayımlayacaq kanallar - Yoldaşlıq görüşü
“Beşiktaş” Bakıya gəlir - tarix məlum oldu
“Beşiktaş” Azərbaycanda yoldaşlıq oyunu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası