reklam
Türkiyənin üç klubu cəzalandı -
Sportfm.az xəbər saytı

Türkiyənin üç klubu cəzalandı -UEFA tərəfindən


UEFA "Fənərbaxça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.

Sportfm.az xəbər verir ki, buna komandaların azarkeşlərinin avrokubok matçlarındakı davranışı səbəb olub.

"Fənərbaxça"nın evdə İspaniya "Sevilya"sına 1:0 hesabı ilə qalib gəldiyi oyunda fanatların meydana yad əşyalar atması və keçidləri bağlaması klubu 44 min avro ziyana salıb. Üstəlik, növbəti avrokubok görüşündə "Ülker" stadionunda 5 min oturacaq boş qalacaq.

"Trabzonspor" azarkeşlərinin İsveçrədə "Bazel"ə qarşı keçirilmiş matçda (0:2) priotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 20 min avro cərimə olunub.

Ən ağır cəza isə "Sivasspor"a verilib. Komandanın "Fiorentina"ya 1:4 hesabı ilə uduzduğu oyunda yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçuya hücum çəkib. Nəticədə Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiya olunub.

 

Oxşar xəbərlər

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi ziyana düşdü - 1 500 avro
Türkiyə Futbol Federasiyasına ağır cəza - 25 min
Vladimir Putin şüarına görə ağır cəza - UEFA göz yummadı
Avrokubok iştirakçısı cəzalandırıldı - Qərar
UEFA iki məşhur klubu cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər