reklam
İdmançımızdan Dünya Çempionatında 2 rekord
Sportfm.az xəbər saytı

İdmançımızdan Dünya Çempionatında 2 rekord


Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyinə davam edir.

Sportfm.az xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.

Bu gün körpücük üzərinə onlardan sonuncusu – Ravin Alməmmədov çıxıb. Qazaxın “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi 73 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb.
Ravin təkanla qaldırma hərəkətində isə 167 kq-ı ram edib. O, bu hərəkətdə də gümüş medal qazanıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub. Toplam 303 kq (136+167) nəticə göstərən yekun sıralamada dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.

Oxşar xəbərlər

İdmançımız Avropa çempionatında 3 medal qazandı
Millimiz Avropa birinciliyində ilk medalını qazandı
Atletimiz Avropa üçüncüsü oldu
Azərbaycanlı Milanda Avropa çempionu oldu
Toplamda 346 kq-ı ram edib bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər