Şirəyə yığılanlar, lal olanlar və korlar...
AFFA De Byazidən yapışıb, qoca italyan da federasiyadan. Məqsədləri də aydındı, axı başqa harda belə cəzasızlıq mühiti tapa bilərlər! Federasiya illərdi futbolumuzun başına oyun açır, De Byazi milyonlar ıqatlayıb cibinə qoyur, əvəzində isə bunlara bir nəfərdə olsun sual verən yoxdur ki, futbolumuzu niyə bu kökə salmısız? Yəni bildiyiniz qədəriylə, ye, iç yat, sənə gözün üstə qaşın var deyən olmayacaq. Əladı da...
Futbolumuzu məhv edən AFFA rəhbərliyi bir yana qalsın, bu qoca italyan da şirənin dadını hiss edib deyə, burdan getmək istəmir. Axı niyə də, getsin, pensioner adamdı, nəticə tələb edən yoxdur, hörməti hörmət, qazanır da özü üçün...nəvələrinə gün ağlayır. Azərbaycan futbol ictimaiyyəti, veteranlar isə ağızlarına su alıb oturublar. Nəylərinə lazımdı Azərbaycan futbolu, rahatca hər ay paketlərini alırlar da...Onlar da Canni kimi AFFA-da şirəyə yığılıblar, ona görə də onlara futbolumuz maraqlı deyil. Ən maraqlısı isə odur ki, ölkə futbolunun göz qabağında məhv edilməsi dövlət tərəfindən görməməzliyə vurulur. "Qarabağ"ın uğurlarını hər dəfə dövlətə hesabatda öz adlarına çıxanlar görəsən bu yalanla hara qədər gedəcəklər?!
Oxşar xəbərlər
SOS - Elit məşqlər niyə keçirilmir?
AFFA-nın 15 manatlıq "top oyunu" - MƏHV EDİLƏN GƏLƏCƏK
AFFA hakimlərə pul vermir - Oyun yoxdursa, pul yoxdur
Qal Nikola, qal, bizi inkişafa doğru apar - MƏĞLUBİYYƏTƏ SÖZARDI
Yenə kimi bədbəxt elədiz? - Azərbaycan futbolunun metamorfozası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası