"Asan olacağını düşünmürük" -Emin Mahmudov
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov səfərdə Moldova yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, “Neftçi”yə məxsus 30 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Moldova yığmasının zəif komanda olduğunu düşünmürəm. Bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. Asan oyun olmayacaq”.
Noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda baş tutacaq Moldova - Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Oxşar xəbərlər
"Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək” - Emin Mahmudov
"Onda yanaşma yaxşı deyildi" - Canni De Byazi
Azərbaycan millisi Şimali Makedoniyaya qarşı - Yoldaşlıq görüşü
Millimiz Moldovaya qarşı - Yoldaşlıq görüşü
"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası