Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.
Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Altay Bayındırın yayda başa çatmalı olan sözləşməsinin müddətini uzadıb. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb. 24 ayşlı qolkiper 2027-ci ilin yayına kimi "Fənərbaxça"ya məxsus olacaq.
Qeyd edək ki, "Fənərbaxça" Altay Bayındırı 2019-cu ilin yayında "Ankaragücü"dən transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda qapısında 38 top görüb. O, 14 qarşılaşmada çərçivəni toxunulmaz saxlamağı bacarıb.
















Misli Premyer Liqası