

5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq -Avropa çempionatı
Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, bununla da yunan-Roma güləşçilərinin qitə birinciliyinə yekun vurulacaq.
60 kq çəkidə Azərbaycanı təmsil edən Elmir Əliyev yarışa 1/4 finaldan qoşulacaq. O, türkiyəli Mert İlbarsı sınağa çəkəcək.
67 kq və 72 kq çəkilərdə yer alan Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar müvafiq olaraq Mixail Portmann (İsveçrə) və Luka Malobabiçlə (Xorvatiya) üz-üzə gələcəklər.
Millinin digər iki pəhləvanı 1/8 finalda ilk duelinə çıxacaq. İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu ilə, Murad Əhmədiyev (97 kq) isə serbiyalı Luka Katiçlə münasibətlərinə aydınlıq gətirəcəklər.
Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli bu gün həlledici görüş üçün döşək üzərinə çıxacaq. O, finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq. Sərxan Məmmədov (130 kq) isə təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi rumıniyalı Gean Ali olacaq.
Qeyd edək ki, martın 13-də Azərbaycan yığmasının üç yunan-Roma güləşçisi mübarizəni erkən dayandırıb.
Oxşar xəbərlər
Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
Qadınlar mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycanın güləşçiləri finalda - Avropa çempionatı
Azərbaycan güləşçisi finala yüksəldi - Avropa çempionatı
Yunan-Roma güləşçilərinin ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Səbail" hamını aldadıb, qanunları pozur, işçilərin maaşlarını vermir - HADİSƏ
-
"Zirə"nin sabiq futbolçusunun tələbi təmin edildi
-
Karateçilərimiz Moldovada 6 medal qazandı
-
Yeni mövsümün püşkü atıldı - Avropa Liqası
-
“Qəbələ”nin yay hazırlıq planı bilindi
-
Fransa - Azərbaycan matçının stadionu məlum oldu - DÇ-2026