reklam
Əvəzedicilərin çempionatı bərpa edilir,
Sportfm.az xəbər saytı

Əvəzedicilərin çempionatı bərpa edilir, "Araz Naxçıvan"ın Premyer Liqaya yolu açıldı


2023/2024 mövsümündən I Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.
O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib: "I Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq”.
Baş katib əlavə 4 komandanın I Divizona gələcəyini diqqətə çatdırıb.
Sərxan Hacıyev qeyd edib ki, I Divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi ləğv olunub. O, I Divizionda çıxış üçün xüsusi kriteriyaların ayrıldığını bildirib: "Region Liqasında bir il oynayan komandanın da I Diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.
Baş katib bildirib ki, Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil. O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini vurğulayıb: "Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. I Diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas dəstəyə gələcək”.
"2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən AFFA-ya ayrılacaq maliyyə vəsaiti müxtəlif regionlarda yeni stadionların inşasına ayrılacaq”, deyə Sərxan Hacıyev bildirib.

Oxşar xəbərlər

2-ci divizion klublarına 50 min veriləcək - Baş katib açıqladı
Bu gün Birinci Divizionla əvəzedicilərin yarışı ayrılacaq? - İcraiyyə Komitəsi
İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər
Əvəzedicilər Divizionda oynamayacaq - Çempionat bərpa olunur
Region Liqasında komandaların sayı artırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər