reklam
Gimnastımız bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Gimnastımız bürünc medal qazandı -Dünya kuboku


Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.

Xatırladaq ki, Dohadakı dünya kubokunda yığma komandamızın digər üzvü Nazənin Teymurova da sərbəst hərəkətlərin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq finala adlayıb.

Oxşar xəbərlər

Azərbaycan gimnastı dünya kubokunda qızıl medal qazandı
İki gimnastımız finalda - Dünya kuboku
Gimnastımız Dünya Kuokubun finalında
Gimnastımız Dünya kubokunun finalında
Gimnastımız bürünc medal qazandı - Dünya kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər