Millimiz Yunanıstana qalib gəldi -DÇ-2024
Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yığmamız Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında oynanılan qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan millisi 9 xalla liderdir. 7 oyun keçirmiş Polşa 6 xala malikdir. Millimiz qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
DÇ-2024, əsas mərhələ
20:00. Azərbaycan - Yunanıstan - 5:2
Qollar: Eduardo, 3 (1:0), Eni, 9-avtoqol (2:0), Rafael Vilela, 12 (3:0), Felipinyo, 21 (4:0), Ensi, 24 (4:1), Ntatisx, 27 (4:2), Amadeu Fernandes da Silva, 32 (5:2)
Baş hakim: Eduardu Koelyu (Portuqaliya)
Bakı İdman Sarayı.
Oxşar xəbərlər
Millimiz Yunanıstanla qarşılaşacaq - DÇ-2024
Polşa – Azərbaycan oyununun keçiriləcəyi yer məlum oldu - DÇ-2024
Futzal millimiz qələbə ilə başladı - Dünya çempionatı
Yığmamız Moldovaya böyük hesabla qalib gəldi - Avropa çempionatı
Millimiz səfərdə qələbə qazandı - AVR0-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası