reklam
Millimiz səfərdə qələbə qazandı -
Sportfm.az xəbər saytı

Millimiz səfərdə qələbə qazandı -AVR0-2022


Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanla qarşılaşıb. Afinadakı Daiss İdman Sarayında oynanılmış qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü qrup

20:00. Yunanıstan - Azərbaycan - 0:3

Qollar: Vassura, 2, Eduardo Borges, 2. Ramiz Çovdarov, 26

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)

Afina, Daiss İdman Sarayı.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək.

Oxşar xəbərlər

Yığmamız seçmə mərhələyə qələbə ilə yekun vurdu - Avropa çempionatı
Millimiz seçmə mərhələdə son matçına çıxır - Avropa çempionatı
Millimiz qrup liderliyini təmin etdi - Avropa çempionatı
Millimiz Moldovanı səfərdə də məğlub etdi - Avropa çempionatı
Yığmamız Yunanıstanla üz-üzə - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər