reklam
Sportfm.az xəbər saytı

"Liverpul"un stadionu bizə düşmən olacaq"


"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Liverpul"a qarşı keçirəcəkləri matç barədə danışıb.

Sportfm.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis görüşün oynanılacağı "Enfild" stadionunda əla atmosfer olacağını deyib: “Düşünürəm ki, "Liverpul" ilə oyunadək zədəsini sağaldıb, komandaya qayıdan oyunçularımız olacaq. Luk Şounun qayıtmasını səbirsizliklə gözləyirik. Ceydon Sanço xəstə idi, amma gözləyək. Düşünürəm ki, o da heyətə daxil edilə bilər. "Liverpul"la oyunu səbirsizliklə gözləyirik. Stadionda ab-hava əla olacaq. Bu oyunda "Liverpul"un stadionu bizə düşmən olacaq. Amma biz bunu bəyənirik".

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" oyunu martın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 

Oxşar xəbərlər

"Liverpul" - "Çelsi" oyununda bərabərlik - Premyer Liqa
Premyer Liqada yeni mövsümün təqvimi məlum oldu
Premyer Liqada mövsümün rəmzi komandası
"Liverpul"u dayandıran tapıldı
Mükafatlandırma ilə bağlı hazırlıq başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər