reklam
Mükafatlandırma ilə bağlı hazırlıq başladı
Sportfm.az xəbər saytı

Mükafatlandırma ilə bağlı hazırlıq başladı


İngiltərə Premyer Liqasında çempionluğun taleyi sonuncu - 38-ci turda həll olacaq. Son tura çempionluq yarışında "Mançester Siti" bayrağı öndə daşıyan tərəfdir. Yurgen Kloppun çalışdırdığı "Liverpul" son həftədə Pep Qvardiolanın kollektivinin büdrəməsini gözləyir.

Sportfm.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi son turdan öncə "Enfild"ə kuboku və qızıl medalları aparmağa qərar verib. "Liverpul" bu arenada "Vulverhempton"u qəbul edəcək. 

"Mançester Siti" isə "Brayton"un qonağı olacaq. Bu qarşılaşmada da kubok və qızıl medallar hazır olacaq. 

Turun son oyunları mayın 12-si, Bakı vaxtı ilə 18:00-da başlayacaq. 

Premyer Liqada turnir cədvəlinə 95 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 94 xalla 2-cidir.

Oxşar xəbərlər

Salah qol vurdu, "Mançester Siti" məğlub oldu
"Liverpul" finalda - Premyer Liqa
"Liverpul"dan vacib 3 xal - VİDEO
"Liverpul"dan inamlı qələbə - VİDEO
Salah vurur, "Liverpul" qalib gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər