reklam
Yusifov “bürünc” uğrunda yarışacaq -
Sportfm.az xəbər saytı

Yusifov “bürünc” uğrunda yarışacaq -Böyük Dəbilqə


Azərbaycanlı cüdoçu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə”də bürünc medal uğrunda görüşə çıxacaq.

Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı təsəlliverici dueldə rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxmaq şansını davam etdirib.

İlk iki qarşılaşmasında almaniyalı Moritz Plafk və türkmənistanlı Hakberdi Cumayevi üstələyən Yusifov 1/4 final mərhələsində yerli idmançıdan zəif olub. O, Dostan Ruziyevə uduzub. Azərbaycanlı cüdoçu bunun əvəzini təsəlliverici raundda Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan çıxıb. Əhməd Yusifov son görüşündə Romarik Bouda (Fransa) – Dilşodbek Baratov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər cüdoçular daha erkən mərhələdə mübarizəni dayandırıblar. 60 kq çəkidə Rövşən Əliyev yarışa qoşulduğu 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub.

66 kq-da Azərbaycanı təmsil edən Kamran Süleymanov və Ruslan Paşayev yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya yenilib.

Martın 5-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində yarışacaq.

Oxşar xəbərlər

Cüdoçularımız uduzdu - Böyük Dəbilqə bir medalla başa çatdı
Yusifov bürünc medal qazandı - Böyük Dəbilqə
Azərbaycanlı cüdoçular mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımızın rəqibləri bilindi - Böyük Dəbilqə
“Böyük Dəbilqə”də 6 cüdoçumuz iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər