reklam
Azərbaycanlı cüdoçular mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Azərbaycanlı cüdoçular mübarizəyə başlayır -Böyük Dəbilqə


Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” start götürür.

Sportfm.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində mübarizə aparacaq.

60 kq-da Əhməd Yusifov 1/16 finaldan, Rövşən Əliyev isə 1/8 finaldan yarışa qoşulacaq. Yusifovun rəqibi almaniyalı Moritz Plafki olacaq. Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) – Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq.

66 kq çəki dərəcəsində Azərbaycanın hər iki cüdoçusu 1/16 finaldan mübarizəyə start verəcək. Kamran Süleymanov estoniyalı Vilcar Lipard, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqerlə üz-üzə gələcək.

Martın 5-dək davam edəcək turnirdə Azərbaycanı ümumilikdə altı cüdoçu təmsil edir. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Daha 4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Yusifov bürünc medal qazandı - Böyük Dəbilqə
Yusifov “bürünc” uğrunda yarışacaq - Böyük Dəbilqə
Cüdoçularımızın rəqibləri bilindi - Böyük Dəbilqə
“Böyük Dəbilqə”də 6 cüdoçumuz iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər