reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Neftçi" ilə bərabərə qaldı -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. Mərkəzi görüşdə lider "Qarabağ" 3-cü yerdə olan "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu heç-heçə ilə Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"la xal fərqini 9-a yüksəldib.

"Qarabağ" bu mövsüm "Neftçi"yə qarşı keçirdiyi bundan əvvəlki hər iki görüşdə qələbə qazanıb - 3:1, 4:0.

Ümumiyyətlə, "Neftçi" son dəfə Ağdam təmsilçisini məğlub etməyi 2021-ci ilin may ayının 19-da bacarıb - 1:0. 

27 fevral (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi” - 1:1 

Qollar: Kilan Lebon, 33 (0:1), Höccət Haqverdi, 83-avtoqol (1:1)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
“Azersun Arena”

25 fevral (şənbə)

“Sumqayıt” – “Kəpəz” - 1:2 

“Şamaxı” – “Sabah” - 2:1

24 fevral (cümə)

“Səbail” – “Qəbələ” - 2:2 

“Turan Tovuz” – “Zirə” - 0:2

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 24 19 5 0 58-14 62
2 Sabah 24 16 5 3 51-18 53
3 Neftçi 24 15 4 5 42-22 49
4 Zirə 24 10 5 9 27-31 35
5 Qəbələ 24 8 8 8 28-28 32
6 Turan Tovuz 24 7 5 12 19-29 26
7 Kəpəz 24 4 8 12 24-44 20
8 Şamaxı 24 4 7 13 21-38 19
9 Sumqayıt 24 4 6 14 16-40 18
10 Səbail 24 4 5 15 19-41 17

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 16 qol
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Coy Lens Mikels ("Sabah") - 12 qol
Emin Mahmudov ("Neftçi") - 11 qol
Aleksey Kaşuk ("Sabah") - 9 qol
Runi Eva ("Turan Tovuz") - 9 qol

Oxşar xəbərlər

"Sabah" "Şamaxı"ya, "Kəpəz" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
“Şamaxı” “Sumqayıt”a qarşı – YENİLƏNİR
“Səbail” “Zirə”yə, “Sumqayıt” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası
“Şamaxı” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə qarşı - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər