Türkiyə Super Liqası bərpa edilir
Türkiyə Super Liqasında mübarizə bərpa edilir. Artıq ilk oyunların keçiriləcəyi tarixlər bəllidir.
Sportfm.az xəbər verir ki, 23-cü turda zəlzələ səbəbindən təxirə salınmış oyunlar gələn həftə oynanılacaq. “Giresunspor” – “Kayserispor”, “Fənərbaxça” – “Konyaspor” oyunları fevralın 25-də olacaq. Həmyerlimiz Mahir Emrelinin “Konyaspor”da rəsmi debütünün məhz “Fənər”ə qarşı olması gözlənilir.
“Ümraniyespor” – “Adana Demirspor” görüşü isə bir gün sonra baş tutacaq. Fevralin 26-da eyni zamanda İstanbuldakı terror səbəbindən 16-cı turdan təxirə salınan “Beşiktaş” – “Antalyaspor” qarşılaşması da oynanılacaq.
Növbəti turdan isə matçlar turlara uyğun olaraq əvvəldən nəzərdə tutulduğu qaydada reallaşacaq. Amma bəzi komandalar yarışdan çəkildiyi üçün təqvimə “əl gəzdiriləcək”.
Oxşar xəbərlər
“Beşiktaş” xal itirdi - Super Liqa
Superliqanın 3 oyunu təxirə salındı - Zəlzələyə görə
Türkiyə Super Liqasında sonuncu tur
"Qalatasaray" yenə xal itirəcəkmi? - Superliqa
Türkiyə Super Liqasının püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası















Misli Premyer Liqası