reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Azərbaycanın reytinqini artırdı -UEFA


UEFA-nın 2022/2023 mövsümü üçün əmsallar cədvəli yenilənib. 

Sportfm.az xəbər verir ki, "Qarabağ" UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyununda Belçikanın "Gent" klubu üzərində 1:0 hesablı qələbəsi sayəsində Azərbaycanın ehtiyatı yaxşılaşıb.

Bu nəticə ölkənin aktivinə daha 0,500 əmsal gətirib.

Azərbaycan bu mövsüm "qənimət"ini 4.000-ə, son 5 mövsümdə isə 16.625-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 18,750 xalla Polşa qərarlaşıb.
Əvəzində 30-cu sırada yer alan və təmsilçisi qalmayan Qazaxıstanla fərq 4 əmsala çatdırılıb. 

Reytinq sıralamasına 103.284 əmsalla İngiltərə başçılıq edir. 

Oxşar xəbərlər

Azərbaycan mövsümü 27-ci sırada bitirəcək - UEFA reytinqi
"Neftçi" Azərbaycanın xalını artırdı - UEFA reytinqi
Azərbaycanın xal ehtiyatı artdı - UEFA reytinqi
"Neftçi" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi
Qalib gəlsək də, yermizdə qaldıq - Reytinq cədvəli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər