“Çelsi” “Borussiya”ya məğlub oldu -Çempionlar Liqası
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin bu gün daha iki oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, oyunlardan biri Almaniyada Dortmund “Borussiya”sı ilə “Çelsi” arasında olub.
Meydan sahibləri ikinci hissədə vurduqları qol sayəsində meydanı qələbə ilə tərk ediblər.
Digər qarşılaşmada isə “Benfika” Belçikada turnirin sürpriz komandası “Brügge”nin qonağı olub. Bu oyun isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
1/8 finalın ilk oyun günündə “Bayern” Fransada PSJ-yə, “Milan” isə evdə “Tottenhem”ə minimal hesabla qalib gəlib.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
15 fevral
Borussiya Dortmund (Almaniya) – Çelsi (İngiltərə) 1:0
Qol: Adeyemi, 63.
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, “Siqnal İduna Park” stadionu
Brügge (Belçika) – Benfika (Portuqaliya) 0:2
Qol: J.Mario, 51-pen. D.Neres, 88.
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, “Yan Breydel” stadionu.
Oxşar xəbərlər
“İnter” qalib gəldi, “Mançester Siti”dən bərabərlik - Çempionlar Liqası
“Liverpul” “Real”a uduzdu, “Napoli” qalib gəldi - Çempionlar Liqası
“Milan” “Tottenhem”ə qalib gəldi - Çempionlar Liqası
“Bayern” PSJ ilə üz-üzə - Çempionlar Liqası
“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası