“Şamaxı” niyə Bakıda məşq edir? -AÇIQLAMA
“Şamaxı” klubu məşqlərinə Bakıda davam etməsi ilə bağlı suallara aydınlıq gətirib.
Sportfm.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.
Klub son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraitii ilə əlaqədar əsas komandanın hazırlıqlarını paytaxtda davam etdirdiyini xatırladıb:
“Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur. Buna baxmayaraq, məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq, əvvəlki qaydada hazırlıqlarına davam edəcək.
Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik”.
“Şamaxı” fevralın 17-də 23-cü turda Gəncədə “Kəpəz”in qonağı olacaq.
Oxşar xəbərlər
"Şamaxı" bəyanat yaydı
"Şamaxı" Bakıya köçür - Havaya görə
“Şamaxı” Türkiyəyə yollanır - Toplanış
"Şamaxı"dan açıqlama - Gənc və yerli futbolçulara şans veriləcək
"Şamaxı" legioner transfer etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası