“Şamaxı” Türkiyəyə yollanır -Toplanış
“Şamaxı” Premyer Liqanın cari mövsümünün ikinci dövrəsində uğurlu çıxışını davam etdirir.
Sportfm.az xəbər verir ki, klub rəhbərliyi və məşqçilər heyətinin birlikdə qarşıya qoyduqları məqsəd gənc və təcrübəli yerli futbolçulara şans vermək, Azərbaycan futboluna yeni adlar qazandırmaqdır.
Strategiyasını davam etdirən klubumuz gənc hücumçu Emil Qasımovu əsas komandamızın sıralarına cəlb edib, heyətdə olan bir neçə oyunçu ilə yeni müqavilələr bağlayıb.
Son dövrlər öz oyunu ilə seçilən "Şamaxı" təsadüfi deyil ki, Premyer Liqanın 2-ci dövrədəki 6 oyununda 2 qələbə qazanıb, 3 oyunda heç-heçə edib və yalnız ölkə çempionu “Qarabağ” futbol klubuna məğlub olub. Geridə qalan müddət ərzində komandamızın heyətində bir neçə futbolçu artıq öz adından söz etdirməyi bacarıb. Qış fasiləsində heyətimizə gənc və təcrübəli yerli futbolçuların cəlb edilməsi istiqamətində də axtarışlarımız davam edir.
“Şamaxı" qış təlim-məşq toplanışına yanvarın 3-ü start verəcək. Hazırlığın ikinci mərhələsi üçün komandamız yanvarın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşıb yanvarın 19-na kimi məşqlərini orada davam etdirəcək.
Qış təlim-məşq toplanışında 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. İlk oyunun yanvarın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb. Digər 3 oyunun keçirilmə tarixi və rəqiblərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar davam etdirilir.
("Şamaxı"nın mətbuat xidməti)
Oxşar xəbərlər
"Şamaxı" Türkiyəyə yollandı - Toplanış
"Şamaxı"nın hazırlıq planı - 3 yoxlama oyunu keçirəcək
"Şamaxı"dan açıqlama - Gənc və yerli futbolçulara şans veriləcək
"Şamaxı" legioner transfer etməyəcək
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası