reklam
Yetirməsi olduğu kluba qayıtdı -
Sportfm.az xəbər saytı

Yetirməsi olduğu kluba qayıtdı -RƏSMİ


İngiltərənin “Vulverhempton” klubu yarımmüdafiəçisi Qonsalo Qedesi icarəyə göndərib.

Sportfm.az xəbər verir ki, Portuqaliya millisinin də üzvü olan 26 yaşlı vinger yetirməsi olduğu “Benfika”ya qayıdıb.

Yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, 2014-2017-ci illər aralığında “Benfika”nın əsas komandasında meydana çıxdığı 68 oyunda 11 qol vurub.

Qedes 2022-ci ilin avqustunda 32.6 milyon avro qarşılığında “Valensiya”dan “Vulverhempton”a keçmişdi. O, Premyer Liqa təmsilçisində 18 oyun keçirib, 2 qol vurub. Qedes Fransada PSJ-nin də formasını geyinib. O, Portuqaliya yığmasında 32 oyuna çıxıb, 7 qola imza atıb.

Oxşar xəbərlər

Premyer Liqa klubunda 18 milyonluq oyunçu - TRANSFER
Amin üçün 11 milyon avro - TRANSFER
Adlı-sanlı klub diviziondan oyunçu aldı
Məhəmmədin yerinə Haris - Keçid
“Qalatasaray”ın sabiq oyunçusu “Beşiktaş”da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər