reklam
“Qalatasaray”ın transfer qadağası ləğv edildi -
Sportfm.az xəbər saytı

“Qalatasaray”ın transfer qadağası ləğv edildi -FİFA


FIFA Türkiyə klubu “Qalatasaray”ın transfer qadağasını ləğv edib.

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı ali futbol qurumundan məktub alıb.

“Cim-bom” uruqvaylı futbolçu Lukas Toreyranın keçidi zamanı ilk klubu olan İtaliya “Peskara”sına 18 500 dollarlıq yetişdirmə pulunu gecikdirdiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşib. Həmin məbləğ artıq ödənilib və FIFA dərhal qərarın qüvvədən düşdüyünü bildirib. Bu isə o deməkdir ki, “sarı-qırmızılılar” qış dönəmində transfer edə bilərlər.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 18 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir.

Oxşar xəbərlər

"Qalatasaray"a transfer qadağası - FİFA
"Qalatasaray" 22 yaşlı futbolçunu transfer edir
“Çelsi”nin qadağası ləğv edildi
FIFA “Çelsi”nın etirazını rədd etdi
Türkiyə klublarının qadağası ləğv olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər