reklam
“Şamaxı”nın oyunu yarımçıq dayandırıldı
Sportfm.az xəbər saytı

“Şamaxı”nın oyunu yarımçıq dayandırıldı


Antalyada təlim-məşq toplanışında olan "Şamaxı" bu gün iki yoxlama matçı keçirib. 

Sportfm.az xəbər verir ki, Vüqar Əsgərlinin komandası əvvəlcə Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb. İkinci liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Bu oyunda qalib müəyyənləşməyib - 0:0. 

"Şamaxı"nın digər görüş isə Rumıniyanın yüksək liqa təmsilçisi "Botaşani" ilə olub. Bu oyun isə Bakı vaxtı ilə saat 18:30-da başlayıb. Amma ilk oyundan fərqli, bu görüş yarımçıq dayandırılıb. Qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb. Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə növbəti dəfə hava şəraiti kəskin pisləşdiyi üçün hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:0. Rumıniya təmsilçisi 51-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində qələbə qazanıb.

Qeyd edək ki, "Şamaxı" toplanışın son matçında yanvarın 18-i Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək. 

 

Yoxlama matçı

11 yanvar

"Şamaxı" - "Kaysar" (Qazaxıstan) - 0:0 

"Şamaxı":  Sahib Həsənov, Zahid Mərdanov, Elçin Rəhimli, Kamal Mirzəyev, İbrahim Aslanlı, Qurban Səfərov, Emin Zamanov, Əli Səmədov, Asim Əlizadə, Rövşən Şahmuradov, Amil Yunanov 

Oxşar xəbərlər

“Şamaxı” minimal hesabla məğlub oldu
“Şamaxı” Serbiya klubuna qarşı - Yoxlama görüşü
"Şamaxı" Qazaxıstan klubu ilə bərabərə aldı - Yoxlama matçı
"Şamaxı" Qazaxıstan və Rumıniya klublarına qarşı - Yoxlama görüşü
"Şamaxı" Türkiyəyə yollandı - Toplanış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər