reklam
Azərbaycan daha bir yarışa İlk dəfə ev sahibliyi edəcək –
Sportfm.az xəbər saytı

Azərbaycan daha bir yarışa İlk dəfə ev sahibliyi edəcək –Avropa çempionatı


Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.

Sportfm.az xəbər verir ki, 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq, yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək. Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə bilinəcək.

Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.

Azərbaycan millisi U-22-lərin son Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Oxşar xəbərlər

Bakı Avropa çempionatına ev sahibliyi edəcək
Azərbaycan boksçularının 2022-ci ildə qazandıqları medalların sayı - 77
Göygöldə Avropa Kuboku keçiriləcək - Azərbaycanda bir ilk
6 aya 37medal - Azərbaycan boksçularının uğurları
Millimiz Ermənistana getməyəcək - Yarışdan imtina edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər