reklam
“Qəbələ”nin 150-ci ev qələbəsi
Sportfm.az xəbər saytı

“Qəbələ”nin 150-ci ev qələbəsi


Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub. 

Sportfm.az xəbər verir ki, qırmızı-qaralar” ev matçında “Qarabağ”a qalib gəlib – 1:0. Görüşdə yeganə qola Ramon Maçado imza atıb.

Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, birinci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.

Xatırladaq ki, “Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Birinci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

“Qəbələ”dən yubiley qolu - Azərbaycan Kuboku
“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun - Misli Premyer Liqası
“Qəbələ”nin 40-cı qələbəsi - ÖLKƏ KUBOKU
75-ci səfər qələbəsi - Premyer Liqa
“Qəbələ”nin “Sabah”la 7-ci dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər