Rafael Ağayev titul döyüşünə çıxır
Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək.
Sportfm.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 4-cü sınağına çıxacaq.
Ağır çəki dərəcəsində çıxış edən idmançımız titul döyüşündə qüvvəsini sınayacaq. 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.
“Karate Combat 37” çərçivəsindəki döyüş ABŞ-ın Florida ştatında təşkil olunacaq. Qarşılaşmadan bir gün əvvəl idmançıların iştirakı ilə çəki mərasimi keçirilib.
Xatırladaq ki, ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edən Rafael keçirdiyi üç döyüşün hamısında qalib gəlib.
Oxşar xəbərlər
Rafael Ağayev ABŞ idmançısı məğlub etdi - FOTO
Rafael Ağayev çempionluq kəmərini qazandı - UĞUR
Rafael Ağayevdən 3-cü qələbə - Karate Combat
Rafael Ağayevin döyüşünün vaxtı bilindi
"Karate Combat"da ikinci qələbə - Rafael Ağayevin uğuru
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası