reklam
Rafael Ağayevin döyüşünün vaxtı bilindi
Sportfm.az xəbər saytı

Rafael Ağayevin döyüşünün vaxtı bilindi


Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb.

Sportfm.az xəbər verir ki, 37 yaşlı titullu idmançı iyunun 11-də Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşacaq. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutacaq.

Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.

Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.

 

Oxşar xəbərlər

Rafael Ağayev ABŞ idmançısı məğlub etdi - FOTO
Rafael Ağayev çempionluq kəmərini qazandı - UĞUR
Rafael Ağayev titul döyüşünə çıxır
Rafael Ağayevdən 3-cü qələbə - Karate Combat
"Karate Combat"da ikinci qələbə - Rafael Ağayevin uğuru

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər