DÇ-2022-nin ən yaxşı futbolçuları -SİYAHI
Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyunlarından sonra turnirin ən yaxşı futbolçuları bəlli olub.
Sportfm.az xəbər verir ki, "Goal" nəşrinin tərtib etdiyi yenilənmiş siyahıya Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir.
Fransa yığmasından Kilian Mbappe ikinci, onun komanda yoldaşı olan Antuan Qrizman üçüncü pillədə qərarlaşıb.
İlk "5-liy"i Mərakeş seçməsindən müvafiq olaraq Sofyan Amrabat və Əşrəf Hakimi qapayır. Argentinalı Nikolas Otamendi 6-cı, onun həmyerlisi Xulian Alvares 7-ci, fransalı Olivye Jiru 8-ci, portuqaliyalı Brunu Fernandeş 9-cu, braziliyalı Rişarlison 10-cudur.
10 ən yaxşı oyunçudan səkkizi DÇ-2022-də medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dekabrın 17-də Mərakeş və Xorvatiya komandaları üçüncü yer uğrunda görüşdə, dekabrın 18-də isə Argentina və Fransa milliləri finalda üz-üzə gələcəklər.
Oxşar xəbərlər
DÇ-2022-nin rəmzi komandası açıqlandı - SİYAHI
Finalın start heyətləri - DÇ- 2022
Fransa və Mərakeş yığmalarının start heyətləri - DÇ-2022
Messi, Mbappe, Kvarasxeliya, Neymar və digərləri...
DÇ-2022-nin ən yaxşı oyunçuları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası