20 yaşlı müdafiəçi üçün fantastik təklif -90 milyon
"Leyptsiq"in futbolçusu Yoşko Qvardiol İngiltərə nəhənglərinin transfer siyahısındadır.
Sportfm.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" maraqlıdır.
Fransa mətbuatının yazdığına görə, "Mançester Siti" 20 yaşlı futbolçu üçün Almaniya klubuna bonuslarla birlikdə 100 milyon avro və sonrakı satışdan pay təklif edib. "Çelsi"nin təklifi 95 milyon avrodur. "Mançester Yunayted" isə 90 milyon avrodan keçməyə hazırdır.
"Barselona" və "Real"da Xorvatiya millisinin üzvü ilə maraqlanır. Lakin ispan klubları gənc müdafiəçinin qiymətinə görə transferdən vaz keçib.
Qeyd edək ki, Yoşko Qvardiol "Leyptsiq"ə 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer olunub. O, cari mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 19 matçda 1 qol vurub.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Ən bahalı futbolçuların rəmzi komandası - SİYAHI
2022-ci ilin rəmzi komandası - SİYAHI
Bernardoya yol göründü - Getmək istəyir
2020-ci ilin ən bahalı 10 transferi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası