Ən çox kobudluğa məruz qalan futbolçular -DÇ-2022
Qətərdə keçirilən dünya çempionatında ən çox kobudluğa məruz qalan futbolçular müəyyənləşib.
Sportfm.az xəbər verir ki, siyahıya Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.
Mundialın geridə qalan 5 matçında rəqibin oyunçuları onu 19 dəfə cərimə bahasına dayandırıblar.
1/8 final mərhələsində mübarizəni dayandıran Seneqal yığmasının hücumçusu İsmaila Sarr komandasına 17 cərimə zərbəsi qazandırıb.
DÇ-2022 ilə 1/4 finalda vidalaşan Braziliya yığmasının aparıcı futbolçusu Neymar isə 16 dəfə kobudluğa məruz qalmaqla ilk “üçlüy”ü qapayıb.
1. Lionel Messi (Argentina) - 19
2. İsmaila Sarr (Seneqal) - 17
3. Neymar (Braziliya) - 16
4. Qavi (İspaniya) - 14
5-6. Brel Embolo (İsveçrə) - 12
Yussuf Sabali (Seneqal) - 12
7-12. Kristian Pulişiç (ABŞ) - 11
İrvinq Losano (Meksika) - 11
Joel Kempbell (Kosta-Rika) - 11
Luka Modriç (Xorvatiya) - 11
Marselo Brozoviç (Xorvatiya) - 11
Sofyan Bufal (Mərakeş) - 11
Qeyd edək ki, dünya çempionatının dekabrın 13-14-də keçiriləcək yarımfinal oyunlarında Argentina Xorvatiya ilə, Fransa isə Mərakeşlə qarşılaşacaq.
Oxşar xəbərlər
Argentina millisi İtaliyanı geridə qoydu - SİYAHI
Argentina finalda - DÇ-2022
Mbappe birinci sırada yer alır - DÇ-2022
DÇ-2022-nin təqvimi dəqiqləşib
Messi DÇ-2018-in rəmzi komandasına daxil edilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın açıq məşqi və brifinqi olacaq - Toplanış
-
"Turan Tovuz"un futbolçusu DÇ-2026 üçün yekun heyətdə
-
“Borussiya” Türkiyə millisinin üzvünü göndərdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" Pokatilovla yeni müqavilə imzaladı
-
Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti - SİYAHI














Misli Premyer Liqası