197 gündən sonra qazanılan qələbə...
“Sumqayıt” Premyer Liqanın 2022/23 mövsümündə ilk qələbəsini qazanıb. “Gənclik şəhəri” təmsilçisi 16-cı turda “Kəpəz”ə qalib gəlib. Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.
Sportfm.az xəbər verir ki, Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.
197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.
Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.
Oxşar xəbərlər
30-cu səfər qələbəsi - Azərbaycan Premyer Liqası
"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
“Sumqayıt”dan 70-ci qələbə
“Sumqayıt”dan rekord qələbə
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası