reklam
İranlı futbolçular qalib gəlməsələr görün nə olacaq! -
Sportfm.az xəbər saytı

İranlı futbolçular qalib gəlməsələr görün nə olacaq! -Dəhşətli iddia


İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

Sportfm.az xəbər verir ki, bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

Onun sözlərinə görə, iranlı oyunçular qalib gəlməsələr, onların yaxınları həbs və işgəncə ilə hədələniblər.

İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, İran - ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.

Oxşar xəbərlər

Yeni ildə içki içən futbolçular həbs edildi - İranda
İranlı futbolçu həbs edildi - Rejim əleyhinə təbliğat apardığına görə
Millinin sabiq kapitanını qaçırmaq istədilər - İDDİA
"Azərbaycan çempionatı Avropa səviyyəsindədir" - İranlı futbolçu
İranlı idmançılar Bakıda səs verdirlər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər