Ronaldo 4 yığmanı favorit sayır -AÇIQLAMA
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-dəki favoritlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 37 yaşlı hücumçu Portuqaliya yığmasını bu siyahıya əlavə etməyib. Ronaldo, Braziliya, Argentina, Fransa və Almaniyanın şanslarını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Portuqaliya yığması 2016-cı ildəki kimi hamını təəccübləndirə bilər:
“Komandamızın böyük potensialı var. Amma hazırda Qana ilə oyun haqqında düşünməliyik. Turnirin ən yaxşısı çempion olacaq. Bizim gənc oyunçularımız və yaxşı kollektivimiz var”.
O, bir neçə gün əvvəl Lionel Messi ilə birlikdə yer aldığı reklam kampaniyası haqqında da danışıb:
“İştirak etmək istədiyim, çoxdandır axtardığım kampaniya idi. Bu, mənim üçün qürur mənbəyidir”.
Portuqaliya millisi H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Braziliya İsveçrəyə, Portuqaliya Uruqvaya qarşı - DÇ-2022
Dünya Çempionatına formasız gəldilər
Messi, Maradona, Ronaldo - 1, 2, 3
21-ci əsrin ən yaxşı futbolçuları - SİYAHI
Əsrin ən yaxşı bombardirləri - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın açıq məşqi və brifinqi olacaq - Toplanış
-
"Turan Tovuz"un futbolçusu DÇ-2026 üçün yekun heyətdə
-
“Borussiya” Türkiyə millisinin üzvünü göndərdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" Pokatilovla yeni müqavilə imzaladı
-
Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti - SİYAHI















Misli Premyer Liqası