Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah”da ən çox oyun keçirən oyunçu
“Sabah” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Səbail”ə 2:0 hesabıyla qalib gəldi.
Sportfm.az xəbər verir ki, “ASCO Arena”da keçirilən matç bu komandanın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.
“Səbail”lə görüşdə “Sabah”ın formasında 67-ci rəsmi oyununu keçirən Amin, bununla da, klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb. 2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də məhz bu sayda görüşdə meydana çıxıb.
Xatırladaq ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qola imza atıb.

Oxşar xəbərlər
Amin Seydiyev 100-ə çatdı
Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
“Sabah”da tarix yazdı
Saşa Stamenkoviç “Sabah”ı tərk edir - RƏSMİ
Saşa Stamenkoviç Azərbaycan klubunun rekordçusudur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası