Son 3 iştirakçı məlum oldu -Avroliqa
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulmaqla turnirdən Avropa Liqasına gedən son 3 iştirakçı da məlum olub.
Sportfm.az xəbər verir ki, bunlar "Zalsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna) və İtaliya "Yuventus"udur.
Bu komandalar qrupu 3-cü pillədə başa vurmaqla Avropa Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıblar.
Çempionlar Liqasından Avropa Liqasının pley-offuna düşən 8 komanda
"Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).
ÇL-dən Avropa Liqasına düşən 8 komanda AL-də öz qruplarında 2-ci yeri tutanlarla görüşəcək. Onların sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da ola bilər. AL-dəki qrup ikincilərinin hamısının adına bu gün keçiriləcək 6-cı turun matçlarından sonra aydınlıq gələcək.
Oxşar xəbərlər
Avropa Liqasında pley-off cütlükləri bilindi - SİYAHI
Pley-off mərhələsinin püşkü atılacaq - Avropa Liqası
Qrup mərhələsində sonuncu tur - Çempionlar Liqası
“Qarabağ” üçün pley-offda 3 super klub - Məşhur adlar
Qrup mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası