
“Qarabağ” üçün pley-offda 3 super klub - Məşhur adlar
Avropa Liqasının pley-off mərhələsində oynayacaq daha 3 komandanın adı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bunlar dünən axşam cari mövsüm Çempionlar Liqasında keçirdikləri son oyunlardan sonra öz qruplarında 3-cü yeri təmin etmiş “Bayer” (Almaniya), “Ayaks” (Niderland) və “Sportinq” (Portuqaliya) olublar. Daha əvvəl İspaniyanın “Barselona” və “Sevilya” klublarının da Avroliqada pley-off mərhələsində oynayacağı dəqiqləşmişdi.
ÇL-dən AL-in “pley-off”una düçəcək sonuncu 3 komandanın adı isə bu gecə keçiriləcək oyunlardan sonra qətiləşəcək. Bunlar aşağıda adları qeyd edilən bu 7 klubdan 3-ü olacaq:
“Zalsburq” (Avstriya), “Leyptsiq” Almaniya), “Milan” (İtaliya), “Şaxtyor” (Ukrayna), “Dinamo” (Xorvatiya), “Makkabi” (Hayfa, İsrail), “Yuventus” (İtaliya).
Qeyd edək ki, ÇL-dən Avropa Liqasına düşən 8 komanda AL-də öz qruplarında 2-ci yeri tutanlarla görüşəcək. Onların sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da ola bilər. AL-dəki qrup ikincilərinin hamısının adına noyabrın 3-də keçiriləcək 6-cı turun matçlarından sonra aydınlıq gələcək.

№ | Komanda | o | x |
1 | Qarabağ | 20 | 56 |
2 | Sabah | 20 | 49 |
3 | Neftçi | 20 | 41 |
4 | Zirə | 20 | 31 |
5 | Qəbələ | 20 | 26 |
6 | Turan | 20 | 17 |
7 | Şamaxı | 20 | 16 |
8 | Sumqayıt | 20 | 15 |
9 | Səbail | 20 | 13 |
10 | Kəpəz | 20 | 13 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |