reklam
Millinin qapıçısı xərçəngdən 3 dəfə əməliyyat olundu -
Sportfm.az xəbər saytı

Millinin qapıçısı xərçəngdən 3 dəfə əməliyyat olundu -Etiraf


Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer xərçəng xəstəliyinə tutulduğunu ilk dəfə etiraf edib.

Sportfm.az xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə açıqlamasında bildirib.

Təcrübəli oyunçu üzündəki dəri xərçəngi ilə əlaqədar 3 dəfə əməliyyat oluduğunu söyləyib.

Onun mümkün xəstəliyi ilə bağlı fərziyyələr 2021-ci ilin dekabrında, üzündə nəzərə çarpan ləkənin əmələ gəlməsi ilə başlayıb.

Qeyd edək ki, bir müddətdir çiynindəki zədədən əziyyət çəkən Noyer artıq sağalıb və böyük ehtimalla, Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Oxşar xəbərlər

Millinin futbolçusu əməliyyat olundu
Manuel Noyer derbdə oynamayacaq
Xizək sürdü, ayağı qırıldı - mövsüm erkən bitdi
İlin ən yaxşı qapıçısı açıqlandı - 5-ci dəfə
Manuel Noyer məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər