Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan-Almaniya oyununu bu qız şərh edəcək - FOTO
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - Almaniya oyununu rəqib ölkədə qadın jurnalist şərh edəcək.
Sportfm.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, RTL telekanalında canlı yayımlanacaq matçı tamaşaçılara Laura Vontorra çatdıracaq.
O, qarşılaşmanı Almaniya millisinin sabiq qapıçısı Yens Lehmanla birlikdə şərh edəcək. Bu, Lauranın uşaqlıq arzusu olub. Telekanal rəhbərliyinin bu etimadından sonra Laura sevincini dilə gətirib:
"Çox sevinirəm. Yens Lehmanla birlikdə futbol şərh etmək möhtəşəm olacaq”.
Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Oxşar xəbərlər
Arşavin Bakıda şərhçi olacaq
Azərbaycan - Almaniya oyununa cəmi 3 min bilet!
Yığmamızın oyununda italiyalı hakimlər
Berti Foqts Azərbaycana gəlir
Almaniya millisi Bakıya nə vaxt gəlir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası